AFFA Ruslan Abışovu cəzalandırdı
05.02.2025 - 13:07
"Turan Tovuz"un məşqçisi Ruslan Abışov 2 oyunluq diskvalifikasiya olunub.
Apasport.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul edilib.
Buna Abışovun Misli Premyer Liqasının XXI turunda evdə "Səbail"lə oyunda (1:1) hakimin qərarına etiraza görə qırmızı vərəqə görməsi səbəb olub.
Mütəxəssisə biri şərti olmaqla 2 oyunluq cəza kəsilib, klub 1500 manat cərimələnib.
Abışova 3 ay sınaq müddəti tətbiq edilib.
0
0