AFFA yenə “Neftçi”ni cərimələdi: Bu dəfə 8 min manat
18.09.2025 - 13:41

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, yığıncaqda "Neftçi" klubu cərimələnib.
Buna səbəb "Sabah" matçın 45+2-ci dəqiqəsində flaqmanın azarkeşləri tərəfindən meydana kənar əşyaların atılması olub.
Bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə "Neftçi" klubu 3000 manat cərimə edilib. Həmçinin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə "ağ-qaralar" 5000 manat ziyana düşüb.
0
0