“Ağstafa Gəncləri” II Liqadakı yerini qorudu - YENİLƏNİB
29.05.2026 - 17:51
Bu gün II Liqaya vəsiqə uğrunda pley-off oyunu keçirilib.
Apasport.az xəbər verir ki, Region Liqasının ikincisi “Biləsuvar”la II Liqanı 11-ci sırada bitirən “Ağstafa Gəncləri” üz-üzə gəlib.
Yevlax şəhər stadionunda baş tutan matça saat 16:00-da start verilib.
Görüş "Ağstafa Gəncləri"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
II Liqa
Pley-off
16:00. "Biləsuvar" – "Ağstafa Gəncləri" 0:3
Baş hakim: Rəşad Əhmədov
Yevlax şəhər stadionu
0
0