
"Qarabağ"ı seçməyimdə bir nömrəli amil baş məşqçidir".
Apasport.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ukraynalı futbolçu Alaksey Kaşuk deyib.
Yarımmüdafiəçi "köhlən atlar"a keçidi barədə bunları deyib: "Qurban Qurbanov uzun müddətdir burada işləyir. Komandanı Çempionlar Liqasının qrup mərhələsinə, Avropa Liqasında isə pley-offa çıxarıb. O, oyunçuları necə inkişaf etdirməyi bilir. İkinci amil müqavilənin təfərrüatlarıdır. Söhbət təkcə şəxsi şərtlərdən getmir. Sözləşmədəki bənd də önəmlidir. Elə yazılıb ki, Avropa klubları gələcəkdə "Qarabağ"a adekvat qiymətə təklif verə biləcəklər. Üçüncü amil isə mən artıq bu çempionatda və ölkədə oynamışam, uyğunlaşmışam".
Qeyd edək ki, "Qarabağ" Aleksey Kaşukla 3 illik müqavilə imzalayıb.
- "Qaradağ Lökbatan"nın legioneri: "Azərbaycan futbolundan bu məsələnin araşdırılmasını tələb edirəm"
- AFFA II Liqa klubunun şikayətini qismən təmin edib
- "Səbail"də ayrılıq yaşana bilər - Premyer Liqadan istəyirlər
- Şahruddin: "Adana Demirspor"un mənə borcu var, amma..." - Müsahibə
- Ölkəmizi Avropa çempionatında 13 şahmatçı təmsil edəcək