Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) Müşahidə Şurasının növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, toplantıda Agentliyin yeni Strategiya layihəsi müzakirə olunub.
Şura üzvləri missiya, dəyərlər, strateji məqsədlər və ümumi konsepsiya ilə bağlı fikir mübadiləsi aparıblar.
Gündəlikdə yer alan digər məsələlər çərçivəsində AMADA-nın 2024-cü və 2025-ci illər üzrə illik hesabatları nəzərdən keçirilib və Müşahidə Şurası tərəfindən təsdiq edilib.
Bununla yanaşı, agentliyin 2026-cı ilin ilk yarısı üzrə büdcəsi və yüksək dəyərli əqdlərlə bağlı məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.
- Azərbaycan birinciliyinin qalibləri bəlli olub
- Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb
- Velosiped idmanının trek növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək
- Azərbaycanın yelkən komandası Türkiyə reqatasında iştirak edəcək