Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılar üçün maarifləndirici seminar təşkil edib.
Apasport.az xəbər verir ki, AMADA-nın təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərovun keçirdiyi təlimdə iştirakçılara antidopinq sahəsinin əsas istiqamətləri barədə məlumat verilib.
Seminar zamanı dopinq nəzarəti prosesi, idmançıların hüquq və öhdəlikləri, antidopinq qaydalarının pozulması və bunun hüquqi nəticələri izah olunub. Həmçinin dopinq vasitələrindən istifadənin insan sağlamlığına, peşəkar fəaliyyətə və idmançıların gələcək karyerasına yarada biləcəyi risklər diqqətə çatdırılıb.
Təlimdə təmiz idman prinsiplərinə riayət olunmasının və ədalətli rəqabət mühitinin qorunmasının vacibliyi vurğulanıb. Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib