Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib
28.06.2025 - 16:16
Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov Beynəlxalq Avtomobil Federasiyasının Senatına üzv seçilib.
Apasport.az-ın məlumatına görə, bu barədə Anar Ələkbərov sosial şəbəkədə yazıb.
O, göstərilən etimada görə Beynəlxalq Avtomobil Federasiyasına təşəkkür edib.
" Bu, mənim üçün böyük şərəf və məsuliyyətdir. Avtomobil idmanının inkişafı və yol hərəkəti təhlükəsizliyi naminə səylərimizi əsirgəməyəcəyik" deyə, Ələkbərov yazıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov 2014-cü ildən Azərbaycan Avtomobil Federasiyasının prezidentidir.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”
0
0