Anje Mutsinzi milli komandaya dəvət alıb
01.09.2024 - 19:48
Anje Mutsinzi milli komandaya dəvət alıb

"Zirə"nin müdafiəçisi Anje Mutsinzi milli komandasına dəvət alıb.

Apasport.az xəbər verir ki, Ruanda millisinə cəlb olunmuş müdafiəçi Liviya və Nigeriya ilə baş tutacaq matçlar üçün Afrika Millətlər Kubokunun seçmə mərhələsində iştirak edə bilər.

Qeyd edək ki, Liviya ilə görüş sentyabrın 4-də, Nigeriyaya qarşı oyun isə sentyabrın 10-da baş tutacaq.

Qeyd edək ki, Mutsinzi cari mövsümün əvvəlində "Zirə"nin sıralarına qoşulub.

0