
Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək təşkil olunan şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirində növbəti oyunlar keçirilib.
Apasport.az xəbər verir ki, ötən gün saat 22:00-da A qrupu üzrə “APA” və “Baku WS" görüşüb.
Matç 6:2 hesabı ilə “APA”nın xeyrinə tamamlanıb.
Bakı Tennis Akademiyası
A qrupu
22:00 “APA” – “Baku WS” – 6:2
Qollar: Ulucay Məmmədov 3, Əlirza Əlirzalı, Rasim Sultanzadə, Əmir Quluzadə.
Şahin Həbibov 2.