“Araz-Naxçıvan” “Alanyaspor”la heç-heçə edib - YENİLƏNİB
11.07.2025 - 18:57

Türkiyədə təlim-məşq toplanışı çərçivəsində “Araz-Naxçıvan” bu gün ikinci yoxlama oyununu keçirib.
Apasport.az xəbər verir ki, komanda Super Liqa təmsilçilərindən "Alanyaspor"la üz-üzə gəlib.
Görüş Bakı vaxtı ilə saat 17:00-da start götürüb.
Görüş qolsuz bərabərliklə nəticələnib.
Qeyd edək ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.
0
0