“Araz-Naxçıvan” daha 2 futbolçusu ilə müqavilə yeniləyib
30.05.2025 - 16:12

“Araz-Naxçıvan” daha 2 futbolçusu ilə müqavilə yeniləyib.
Apasport.az xəbər verir ki, Ürfan Abbasov və Ülvü İsgəndərovla anlaşma 1 il müddətini əhatə edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, qapıçılar Kristian Avram və Tərlan Əhmədli ilə də yeni müqavilə imzalanıb.
0
0