"Araz-Naxçıvan" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
02.06.2025 - 10:18

"Araz-Naxçıvan" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Apasport.az xəbər verir ki, ötən mövsüm komandanın heyətində yer alan Bəxtiyar Həsənalızadə ilə yeni sözləşmə imzalanıb.
Müdafiəçi 2025/2026 mövsümündə də “qırmızı-ağlar”ın formasını geyinəcək.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.
0
0