"Araz-Naxçıvan" I Liqa klubu ilə qarşılaşacaq
08.10.2025 - 14:19
"Araz-Naxçıvan" I Liqa klubu ilə qarşılaşacaq

Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən "Araz-Naxçıvan" yoxlama oyunu keçirəcək.

Apasport.az xəbər verir ki, komanda I Liqanın hazırki lideri "Şəfa" ilə üz-üzə gələcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Görüş oktyabrın 10-da, BOS-nın ehtiyat meydanında keçiriləcək və saat 15:00-da start götürəcək.