“Araz-Naxçıvan” məşqləri bərpa edib
05.01.2025 - 18:49
"Araz-Naxçıvan" bu gün məşqləri bərpa edib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Dekabrın 22-də "Qarabağ" keçirilmiş matçdan sonra istirahətə yollanan futbolçular bu gün Buzovna qəsəbə stadionunda bir araya gəliblər.
2025-ci ilin ilk məşq günündə ancaq yerli futbolçular iştirak ediblər. Legionerlər isə sabahdan etibarə məşqlərə qatılacaqlar.
Komanda toplanış çərçivəsində 2 yolama oyunu keçirəcək. “Qırmızı-ağlar” yanvarın 9-da “Sumqayıt”, ayın 11-də isə “Səbail”lə qarşılaşacaqlar.
0
0