“Araz-Naxçıvan” “Səbail”ə qarşı
11.01.2025 - 09:49
![“Araz-Naxçıvan” “Səbail”ə qarşı](https://ww3.apasport.az/storage/news/2025/january/11/big/67820b2f1c54b67820b2f1c54c173657579167820b2f1c54967820b2f1c54a.jpeg)
Misli Premyer Liqasında yaranan fasilədə keçirilən yoxlama oyunları davam edir.
Apasport.az xəbər verir ki, bu gün “Araz-Naxçıvan”la “Səbail” üz-üzə gələcək.
Qarşılaşma “Azərsun Arena”da baş tutacaq. Oyun hər kəs üçün qapalı olacaq. Matç saat 15:00-da başlayacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” qış fasiləsinə ikinci, “Səbail” sonuncu pillədə yollanıb.
Yoxlama oyunu
11 yanvar
15:00. “Araz-Naxçıvan” – “Səbail”
“Azərsun Arena”
0
0