Futzal üzrə Çempionlar Liqasının 2022/23 mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.
Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı təmsil edəcək “Araz-Naxçıvan”ın da rəqibləri müəyyənləşib.
Mübarizəyə əsas mərhələdən start götürəcək ölkə çempionu B yolunda yarışacaq. Təmsilçimiz burada 5-ci qrupunda yarışacaq. “Araz Naxçıvan”ın rəqibləri “Mostar” (Bosniya və Herseqovina), həmçinin ilkin mərhələnin D qrupunun (İsveçrə “Mineva”sı, Serbiya “Loznika-Qrad 2018”i, Norveç “Vesteralen”i, San-Marino “Folqore”si) və F qrupunun (Gürcüstan “Georgians”ı, Almaniya “Ştutqart”ı, İsveç “Orebro”su, Türkiyə “İstanbul Şişli”si) qalibləri olacaq. Qrup oyunları Bosniya və Herseqovinada keçiriləcək.
Qeyd edək ki, əsas mərhələnin oyunları 25-30 oktyabr tarixlərində keçiriləcək. B yolunda yalnız qrup qalibləri elit-raunda vəsiqə qazanacaq.
- "Qarabağ" və "Sabah"ın təxirə salınan oyunlarının tarixi açıqlanıb
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi