“Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə dəvət alıb
31.10.2025 - 17:15
“Araz-Naxçıvan”ın futbolçusu Benin millisinə dəvət alıb

"Araz-Naxçıvan"ın üzvü Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.

Apasport.az xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq.

Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin Rabat şəhərinə səfər edəcək və yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edəcək. 

Qeyd edək ki, braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.