"Araz" onun da biletini kəsdi - Ya satılacaq, ya da icarəyə göndəriləcək
03.10.2025 - 22:34

“Araz-Naxçıvan” qışda futbolçularından biri ilə yollarını ayıracaq.
Apasport.az saytına verilən məlumata görə, Naxçıvan təmsilçisi uzun müddətdir zədədən əziyyət çəkən Ayyub Allaşla yoluna davam etmək istəmir.
27 yaşlı mərakeşli yarımmüdafiəçiyə qışda uyğun təklif gələcəyi təqdirdə satılacaq, əks halda icarəyə göndəriləcək.
Qeyd edək ki, ötən mövsüm zədələndiyi üçün uzun müddət komandaya kömək edə bilməyən Allaşın “Araz-Naxçıvan”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
1
0