"Araz Saatlı"dan əzmkar qələbə
23.03.2026 - 17:38
"Araz Saatlı"dan əzmkar qələbə

Futbol üzrə Azərbaycan II Liqasında XIX tura start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçirilib.

"Araz-Saatlı" "Quba"nı məğlub edib.

"Dinamo" "Ağstafa Gəncləri"ndən üstün olub. "Şirvan" - "Şəki Siti" matçında isə qalib müəyyənləşməyib.

II Liqa
XIX tur

"Araz Saatlı" - "Quba" 3:1
Qollar: E.Xəlilli, 38, 60, 63 - V.Cəfərov, 5
Qırmızı vərəqə: V.Cəfərov, 85 ("Quba")

"Dinamo" - "Ağstafa Gəncləri" 3:1
Qollar: Y.Qarayev, 37, V.Seyidov, 44, 90+5 (pen) - Ə.Bağırov, 35

"Şirvan" - "Şəki Siti" 2:2
Qollar: Ç.Məmmədov, 59, E.Rəsulov, 89 - Z.Fərzəliyev, 47, 75