Ardaya “Mançester Siti”dən 100 milyon avroluq nəhəng təklif
16.11.2025 - 17:52
Ardaya “Mançester Siti”dən 100 milyon avroluq nəhəng təklif

"Real Madrid"in futbolçusu Arda Güler İngiltərə nəhəngi “Mançester Siti”nin transfer hədəfinə çevrilib.

Apasport.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Şəhərlilər” 19 yaşlı ulduzu heyətinə qatmaq üçün təxminən 100 milyon avro ödəməyə hazırdır.

Xəbərdə bildirilir ki, Pep Qvardiola Arda Gülerə xüsusi simpatiya bəsləyir və onun oyun üslubunun komandasının sisteminə tam uyğun olduğunu düşünür.

Lakin "Real Madrid" Ardanı satmaq fikrinə müsbət yanaşmır.

Madrid rəhbərliyi gənc ulduzun inkişaf potensialının çox yüksək olduğuna inanır və qısamüddətli qazanc üçün uzunmüddətli bir ulduzdan imtina etmək niyyətində deyil.

Qeyd edək ki, Türkiyə millisinin üzvü bu mövsüm Madrid təmsilçisində məhdud şanslar qazansa da, potensialı ilə Avropanın top klublarının diqqətini cəlb etməyə davam edir.