"İnanıram ki, millimiz bu gün qalib gələcək. Çünki komandamızın buna potensialı var".
Bu sözləri "Apasport"a açıqlamasında Arif Əsədov deyib.
Təcrübəli mütəxəssis Azərbaycan millisinin Malta seçməsi ilə yoldaşlıq matçı barəsində təəssüratlarını bölüşüb. O, təlim-məşq toplanışını dəyərləndirib:
"Yoldaşlıq görüşü olsa belə, qələbə vacibdir. Qazanılacaq qalibiyyət Millətlər Liqası öncəsi yığmada özünəinam yaradacaq. Ayxan Abbasovun keçirdiyi təlim-məşq toplanışı digərlərindən fərqli uzunmüddətlidir. Seçmə mərhələlərdən öncə 4-5 günlük toplanış görməyə öyrəşmişik. Lakin bu dəfə Bakıdakı məşqləri də nəzərə alsaq, milli 2 həftə birlikdə olacaq. Bu da yığmanın komanda halında formalaşması, taktiki gedişlərin uğurla işlənilməsi və əhval-ruhiyyə baxımından səmərəli olacaq. Bu gün qazanılacaq qələbənin Millətlər Liqası üçün təkan olacağını düşünürəm".
Əsədov yığmanın heyəti ilə bağlı da danışıb. O, futbolçuların təcrübəli olmasını vurğulayıb:
"Heyətə çağırılanlar aşağı-yuxarı eyni futbolçulardır. Çünki əlimizdə olan resurslar bunlardır. Onların bəziləri oyun praktikasının azlığından əziyyət çəkir. Lakin həmin oyunçular da yığmaya dəvət alıblar. Bu da başadüşüləndir. Çünki məşqçilər korpusu onların təcrübəsinə güvənir. Onların hər biri qələbə üçün əllərindən gələni edəcəklər".
Qeyd edək ki, Azərbaycan - Malta matçı bu gün saat 22:00-da start götürəcək.
- "Sabah" "bombanı partlatdı": MÜQAVİLƏ İMZALANIR
- Mikels komandadan ayrıldı - SON DƏQİQƏ
- "Karvan-Yevlax"da ayrılıq bitmir: LEGİONER DƏ GÖNDƏRİLDİ
- "Karvan-Yevlax" kapitanını da itirdi: ABDULLAYEV TƏKLİFLƏRİ DƏYƏRLƏNDİRİR
- Prezident İlham Əliyev Avropa çempionu olmuş Azərbaycan minifutbol yığmasını təbrik edib