Konfrans Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Kipr klubu “Aris” ilk oyuna tam heyətlə çıxa bilməyəcək.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, buna səbəb Limassol təmsilçisinin hücumçusu Şavi Babiçkanın zədədən əziyyət çəkməsidir.
Qabon millisinin düşərgəsində olarkən zədələnən 22 yaşlı forvardın əməliyyata ehtiyacı olmasa da, həkimlər onun bərpa dönəminin uzun sürə biləcəyini bildirib. Futbolçu özü də “Neftçi” ilə matçda iştirakın riskli olacağını etiraf edib: “Fərdi məşqləri bu yaxınlarda bərpa etdim. Əzələlərin gücləndirilməsi və fiziki durumun yaxşılaşdırılması üçün müalicəyə ehtiyac var idi. İyulun 21-dəki görüşdə iştirak etmək mənim üçün riskli olar. Hər şeyi mərhələli şəkildə etməliyəm. Çünki daha ağır zədə almaq riskim var”.
Qeyd edək ki, “Aris”lə “Neftçi” arasında ilk oyun iyulun 21-də Larnakadakı “AEK Arena”da keçiriləcək. Komandalar bir həftə sonra “Bakcell Arena”da cavab görüşündə üz-üzə gələcəklər.
- Prezident İlham Əliyev Canni İnfantinonu qəbul edib - FOTOLAR
- FIFA prezidenti Canni İnfantino Bakıya gəlib
- AFFA-nın təşkilatçılığı ilə skautinq mövzusunda seminar keçirilib
- Kamal Quliyevlə razılıq alınmadı – “Xankəndi” Röyal Nəcəfovu seçdi
- “Şamaxı”nın futbolçusu zədəsini sağaldıb - FƏRDİ MƏŞQLƏRƏ BAŞLAYIB