“ASCO Arena”da qolsuz bərabərlik
12.02.2026 - 19:04
“ASCO Arena”da qolsuz bərabərlik

Futbol üzrə Azərbaycan I Liqasında XIV tur davam edir.

Apasport.az xəbər verir ki, turun mərkəzi oyunu bu gün keçirilib.

"Səbail" "Şəfa"nı qəbul edib. "ASCO Arena"da baş tutan matçda qapılara qol vurulmayıb - 0:0.

"Şəfa" 32 xalla turnir cədvəlinə başçılıq edir. "Səbail" isə 26 xalla üçüncü pillədə qərarlaşıb.