
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, baş katib Faiq Orucov və icraçı direktor Vüqar Hüseynzadə “Murov Az Terminal” klubunun təlim-məşq bazasında olublar.
Apasport.az xəbər verir ki, bazanın fəaliyyəti ilə tanış olan qonaqlar idmançı və məşqçilərlə görüşüblər.
“Murov Az Terminal”ın prezidenti Cavid Kərimov burada yaradılmış şərait barədə ətraflı məlumat verib.
Daha sonra federasiya prezidenti “Murov Az Terminal” klubunun yeni təmir olunmuş trenajor zalının açılışını edib.
Qeyd edək ki, “Murov Az Terminal” klubu Yüksək Liqa yarışları ilə yanaşı, aşağı yaş qruplarının yarışlarında da qız və oğlan komandaları ilə təmsil olunur.
- Gəncənin MDB-nin idman paytaxtı seçilməsi münasibətilə tədbir keçirilib
- "Bizim üçün "Qarabağ"ın qələbə qazanması daha sərfəli idi, lakin hər cür gedişata hazır idik" - MÜSAHİBƏ
- Vasili Berezutski: “Azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edirəm”
- Veysəl Rzayev: "Təəssüf edirəm ki, avrokubok şansını əldən qaçırdıq"
- AFFA-da klub nümayəndələri ilə görüş keçirilib