“Qarabağ”ın futbolçusu, Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyev karyerasını ölkə xaricində davam etdirə bilər.
Apasport.az saytına etibarlı mənbədən daxil olan məlumata görə, Ağdam təmsilçisinin aparıcı oyunçusuna Fransanın “Lill” klubu elçi düşüb.
Liqa 1 təmsilçisi Cəfərquliyevi artıq altı aya yaxındır ki, izləməyə alıb.
Fransa nəhəngi millimizin üzvünü heyətinə qatmaqda israrlıdır. Belə ki, “Lill” mövsümün sonunda, ən yaxşı halda isə qış transfer pəncərəsi zamanı “Qarabağ”a təklif göndərəcək.
Qeyd edək ki, 24 yaşlı futbolçu 2019-cu il iyul ayından “Qarabağ”da çıxış edir. Onun Ağdam klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
- Türkiyə nəhənglərindən Zəfər Günü paylaşımı - FOTO