“Ayaks”dan antirekord
15.03.2024 - 23:11
![“Ayaks”dan antirekord](https://ww3.apasport.az/storage/news/2024/march/15/big/65f49e50907a765f49e50907a8171053012865f49e50907a565f49e50907a6.jpeg)
Konfrans Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, cavab matçında "Aston Villa" "Ayaks"a 4:0 hesabı ilə qalib gəlib.
Amsterdamlılar oyunun 66-cı dəqiqəsində azlıqda qalıblar. Beləki, Sievert Mannsverk kobudluğa görə qırmızı vərəqə ilə cəzalanıb. Bununla da. “Ayaks” 2006-cı ildən bəri avrokuboklarda bir mövsümdə 5 qırmızı vərəqə alan ilk komanda olub.
Qeyd edək ki, niderlandlılar "Yuventus"un antirekordunu təkrarlayıb.
0
0