
Misli Premyer Liqasının VII turunun “Sumqayıt” – “Zirə” matçından (0:2) sonra qonaqların qapıçısı Aydın Bayramov apasport.az saytına açıqlama verib.
Qolkiper əvvəlcə qarşılaşmanı dəyərləndirib: “Sumqayıt səfəri hər zaman çətin olur. Burda hər komanda istədiyi kimi oyun sərgiləyə bilmir. Biz də bunu bilirdik. Bütün həftəni buna uyğun hazırlaşmışdıq. Çox ağır oyun oldu, gərgin matç alındı. Əsas odur ki, istədiyimiz nəticəni əldə etdik”.
Bayramov ikinci yarıdakı kritik müdaxiləsindən danışıb: “Futbolda belə anlar olur. Bilmirəm bəxt amili deyim, yoxsa qapıçı hissiyatı... Amma ayağımı açdım və topu çıxardım”.
“Zirə”nin futbolçusu komandanın növbəti rəqibi haqda fikirlərini bildirib: “Növbəti turda “Kəpəz”lə qarşılaşacağıq. Bu mövsüm çempionat çox daha çətindir. Ötən sezonkundan daha gərgin mübarizə gedir. Rahat rəqib, asan oyun yoxdur. “Kəpəz” sonuncu pillədə qərarlaşır, xal qazanmayıb. Belə olan halda onlar görüşə son matçları kimi çıxacaqlar. Sonadək vuruşacaqlar. Artıq biz də bu oyunu unudub, həmin qarşılaşmanı düşünürük”.
İsmayıl Xeyrullayev
- "Neftçi"dən düşüncəli addım: "Futbol sevgisi əngəl tanımır" - FOTO
- Elmar Baxşıyev: “Nəinki Qara, heyətimizdə milli səviyyəsində futbolçular var”
- “Qarabağ” Ovusu Kvabenanı qaytara bilərmiş - EKSKLÜZİV
- Ayxan Abbasov: “Gələn il gənc futbolçuların oynaması çətin olacaq”
- “Araz-Naxçıvan” "Şamaxı" ilə bacarmadı - YENİLƏNİB