“Ayın qolu” layihəsinin qalibləri bəlli olub
07.11.2025 - 19:47
“Ayın qolu” layihəsinin qalibləri bəlli olub

“Ayın qolu” layihəsində oktyabr ayının qalibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Münsiflər heyətinin səsinə əsasən, Misli Premyer Liqasında Kahim Parris, I Liqada Nihad Quliyev və II Liqada Sərxan Ağayev birinci olub.