
Misli Premyer Liqasının VI turunun "Şamaxı" - "Araz-Naxçıvan" matçından (1:1) sonra meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:
"Bu gün anım günüdür. Allah şəhidlərimizə rəhmət eləsin. Oyuna gəldikdə, "Araz-Naxşçıvan" iddialı komandalardandır. Biz də yaxşı hazırlaşmışdıq. İlk yarıda komandam çox yaxşı oynadı. Futbolçular istədiklərimizi daha yaxşı etməyə çalışırlar. Bəlkə də 2-ci qolu vura bilərdik. İkinci hissədə rəqib dəyişiklik etdi. Gənclərimiz inkişaf edirilər. Bizim üçün vacib xaldır. Uduzmamaq əsas prinsipimizdir. Amma udmaq istəyirdik. Təəssüf ki, zədəlilərimiz çoxalır. Buna hazır olmaq lazımdır".
- Milli komanda ilə adınız hallanır. Bu, "Şamaxı"dakı işinizə mane olmur?
- Çalışırıq ki, özümüz psixoloji olaraq hazır olaq. Onsuz da mövsümün əvvəlindən U-21 millisindəyik. Hər iki tərəfə eyni dərəcədə kökləninirik. Söz-söhbətlər normaldır. Mənə heç bir təsiri olmur.
- Əsas millinin baş məşqçisi postu üçün sizə rəsmi təklif olub?
- Bəli, təklif olub, danışıqlar gedib. Yəqib ki, yaxın günlərdə qərar veriləcək.
- Mətbuatda yazılanlara görə AFFA sizə 4 aylıq müqavilə təklif edib, amma siz daha uzunmüddətli sözləşmə istəyirsiz. Bu, nə dərəcədə doğrudur?
- Müddət söhbəti getmir. Tam peşəkarcasına danışıqlar gedir. Versiyaların yazılması normaldır. AFFA ilə danışığımızda müddət problemi yoxdur.
- Fransa ilə matçda baş məşqçi siz olacaqsız?
- Xeyirlisi inşallah. Milliyə kömək etməmək çətindir. Əgər bizə inam varsa, kənara çəkilmək olmaz. Xırda məsələlər var. Bunlar həll olunsa, təklifi qəbul edəcəm.
- Aqil Nəbiyev: “Qələbəni şəhid ailələrinə və qazilərimizə həsr edirik” - VİDEO
- Prezident İlham Əliyev Gəncə şəhər stadionunun açılışında iştirak edib - FOTO
- Millimiz MDB Oyunlarına qələbə ilə başladı
- III MDB Oyunları: Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib
- "Məni xilas edən xüsusi təyinatlı zabit sonradan intihar etdi" - MÜSAHİBƏ