"Şamaxı" Misli Premyer Liqasının XXXII turunda doğma meydanda "Turan Tovuz"u 3:2 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:
"Evdə son oyunumuz idi. Azarkeşlərimizin qarşısında xal qazanmaq istəyirdik. Güclü rəqibə qarşı oynadıq. "Turan Tovuz"a Konfrans Liqasında uğurlar arzulayıram. Turnir cədvəlində yerimizi qorumaq istəyirdik. "Turan Tovuz"la gərgin və maraqlı oyunlarımız olub. Amma qalib gələ bilmirdik. Azarkeşlərə təşəkkür edirəm. Bir oyun qalıb. "Şamaxı"ya bundan sonra uğurlar arzulayıram".
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
- Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?
- Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
- “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib