
Misli Premyer Liqasının XXXIII turunun "Neftçi" - "Kəpəz" matçından (2:0) sonra qonaqların baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:
"Azarkeşlərimizə təşəkkür edirəm. İkinci hissə istədiyimiz kimi oldu. İlk yarıda qol buraxdıq. Fasilədən sonra istədiyimiz futbolçilardan istifadə edərək önə keçdik. Təəsüf ki, son dəqiqələrdə penaltidən qol buraxdıq. Amma üzülməyə dəyməz. Əsas odur ki, bu gün xallarımızın üstünə xal gəldi. Futbolçularım meydanda əsl qladiator kimi döyüşdülər".
- Ötən mövsüm "Araz-Naxçıvan"ın baş məşqçisi olanda "Neftçi" ilə oyunun fasiləsində 4 əvəzetmə etdiniz və ikinci hissədə qol vurub qələbə qazandınız. Bu gün də fasilədə 4 əvəzetmə etdiniz. Bu, "Neftçi"nin zəif cəhətlərini bilməyinizdən irəli gəlir?
- Bəli. Birinci hissədə meydanda daha çox siyasi gedişlər edirdik. Rəqibi üzərimizə çəkdik. İkinci hissədə sürətli oyunçuların hesabına əks-hücumlarımız daha təhlükəli oldu. Meydana hücumameyilli 4 futbolçu buraxdıq. Eyni anda 4 dəyişiklik edəndə rəqibi fiziki baxımdan hazırlıqsız tutursan.
- "Neftçi"dən səfərdə xal almaq pis nəticə sayılmamalıdır. Matç bitəndən sonra futbolçularınız heç-heçəyə görə çox məyus idilər. Bunu necə şərh edərdiniz?
- Heç kim istəməz ki, əlavə olunan dəqiqələrdə qol buraxsın. Həqiqətən də üzüntülü məqamdır. Qələbə qazansaydıq, çempionatda qalmağı rəsmiləşdirəcəkdik. Qışdan sonra ən çox xal toplayan 3-4 komandadan biriyik. Məncə, bu imkanlarda bu nəticə "Kəpəz" üçün çoxdur.