
Misli Premyer Liqasının XXII turunun “Araz-Naxçıvan” – “Kəpəz” matçından (0:0) sonra qonaqların baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.
"Çətin oyun oldu. Xalsız qayıtmaq istəmirdik. İtkilərimiz var idi heyətdə. Buna baxmayaraq, rotasiyalarımızı etdik. "Araz-Naxçıvan"ın keyfiyyətli, ustalığı göstərdi ki, futbol oynaya bilirlər. Uşaqlar vuruşdular. Təkbətəkdən istifadə etsəydik, başqa cür olardı, rəqib daha da üstümüzə gələrdi. İkinci hissə çətin başladı. Səfərdə bir xal yaxşı nəticədir".
- Paçu Liranı əvəzləmək nə ilə bağlı idi?
- Hücumu daha da gücləndirmək istədim. Paçu hücumun axarına açılan oyunçu deyil. Sadiq Şəfiyev irəli açılmaq daha qabarıq görünür. Ona görə də daha çox hücumu gücləndirmək istədik.
- "Qarabağ" Duran transferini rəsmən açıqladı
- Robbi Kin: "Qarabağ"la ilk matçda iki adi vəziyyətdən qol buraxdıq"
- "Ferentsvaroş"un müdafiəçisi: "Bakıya yalnız qələbə üçün gəlmişik"
- "Qarabağ"ın oyununa görə metro gücləndirilmiş rejimdə işləyəcək
- Qarabağın yeni transferi tibbi müayinədən keçdi: BAZAYA DƏVƏT EDİLDİ