Bu gün Azərbaycan Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə, FİS təqviminə əsasən “Azerbaijan Open” beynəlxalq dağ xizəyi turnirinin 3-cü gününün yarışları keçirilib.
Apasport.az xəbər verir ki, turnirin sonuncu günündə idmançılar dağ xizəyinin slalom növü üzrə mübarizə aparıblar.
Yarışın nəticələrinə əsasən Qazaxıstan idmançısı Kseniya Brejnaya 1-ci yerə, Qazaxıstanın digər təmsilçisi Dalel Talkunova 2-ci yerə, Özbəkistan xizəkçisi Kseniya Qriqoreva isə 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, “Azerbaijan Open” turnirində Azərbaycanla yanaşı İsveçrə, Macarıstan, Sloveniya, Gürcüstan, Honkonq, Səudiyyə Ərəbistanı, Türkiyə, Nepal, Özbəkistan və Qazaxıstandan müxtəlif yaş kateqoriyalarında 25 qadın idmançı iştirak edib. Yarışlarda ölkəmizi Azərbaycanın dağ xizəyi üzrə idmançısı Anastasiya Papatoma təmsil edib.
- Ülviyyə Axundova: “Azərbaycan Gənclərinin XI Forumu xüsusi əhəmiyyət daşıyır”
- Təmsilçimiz Andorradakı beynəlxalq turnirdə uğurlu çıxış edib
- Azərbaycan velosipedçiləri təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
- Türkiyə millisinin baş məşqçisi Bakıda təlim keçəcək
- Qılıncoynadanlarımız Türkiyədə iki bürünc medal qazanıblar