Azərbaycan klubu adını və loqosunu dəyişdirir
03.09.2025 - 00:33

Azərbaycan II Liqasında mübarizə aparan "Sheki City” Futbol Klubunun İdarə Heyətinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, iclasda alınan qərara əsasən, klubun adı dəyişdiriləcək. Klubun yeni adı - “Şəki PFK” (Şəki Peşəkar Futbol Klubu) olacaq. Dəyişiklik, yaxın vaxtlarda rəsmi təsdiqlənərək ictimaiyyətə təqdim ediləcək.
İclasda həmçinin klubun yeni loqosu barədə də qərar qəbul olunub.
0
0