
Azərbaycan Kubokunda II təsnifat mərhələsinin oyun cədvəli bəlli olub.
Apasport.az xəbər verir ki, iki günü əhatə edəcək mərhələnin dörd oyunu “CBC Sport” telekanalı vasitəsilə, digər qarşılaşmalar isə Peşəkar Futbol Liqasının “AzPFL” yutub kanalında canlı yayımlanacaq.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
28 oktyabr (çərşənbə axşamı)
14:00. "Göygöl" – "Baku Sportinq"
Buzovna qəsəbə stadionu
14:00. "Karvan-Yevlax" – "Sheki City"
Şamaxı şəhər stadionu
14:00. "Qaradağ Lökbatan" – "İmişli"
Quba Olimpiya İdman Kompleksinin stadionu
14:00. "Cəbrayıl" – "Şəfa"
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
14:00. "Kəpəz" – "Ağstafa Gəncləri"
Qəbələ şəhər stadionu
17:00. "Dinamo" – "Turan Tovuz"
"Azərsun Arena"
29 oktyabr (çərşənbə)
14:00. "Şimal" – "Şahdağ Qusar"
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu
14:00. "Xankəndi" – "Difai"
Ağsu şəhər stadionu
14:00. "Zaqatala" – "Sumqayıt"
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
16:00. "Qəbələ" – "Mingəçevir"
Qəbələ şəhər stadionu
17:00. "Səbail" – "Şamaxı"
"ASCO Arena"
18:00. "Neftçi" – MOİK
"Palms Sports Arena"
Qeyd edək ki, "Göygöl" - "Baku Sportinq", "Qaradağ Lökbatan" - "İmişli", "Dinamo" - "Turan Tovuz" və "Xankəndi" - "Difai" oyunları ev sahibi komandaların stadionlarının standartlara cavab verməməsi səbəbindən qonaq komandaların ev oyunlarını keçirdiyi stadionlarda baş tutacaq. Nominal qonaqlar ev sahibinin bütün funksiyalarını yerinə yetirəcək. PFL və klublar arasında bütün danışıqlar Əsasnamə tələblərinə əsasən aparılaraq, rəsmi müraciətlər əsasında qərarlar qəbul olunub.