Azərbaycan Kuboku: “Sumqayıt” 10-cu dəfə sülhə razılaşıb
07.02.2025 - 10:44
![Azərbaycan Kuboku: “Sumqayıt” 10-cu dəfə sülhə razılaşıb](https://ww3.apasport.az/storage/news/2025/february/07/big/67a5aabce20c867a5aabce20c9173891039667a5aabce20c667a5aabce20c7.jpg)
“Sumqayıt” Azərbaycan Kubokunda 10-cu dəfə heç-heçə edib.
Apasport.az xəbər verir ki, bu, 39-cu matçda qeydə alınıb.
“Gənclik şəhəri” təmsilçisi 1/4 finalın “Sabah”la səfər görüşündən qolsuz ayrılıb.
Sumqayıtın eyniadlı klubu 5 dəfə evdə, 5 dəfə rəqib meydanında sülhlə barışıb.
0
0