Azərbaycan millisi Türkiyəni məğlub etdi
22.05.2025 - 14:38
Azərbaycan millisi Türkiyəni məğlub etdi

Azərbaycan və Türkiyənin veteran futbolçuları arasında yoldaşlıq matçı keçirilib.

Apasport.az xəbər verir ki, görüş köhnə "Neftçi" baza, indiki adı ilə Cüdo Federasiyasının Təlim Mərkəzində baş tutub.

Qarşılaşmada 14 qol qeydə alınıb. 

Təmsilçilərimiz 8:6 hesablı qələbəyə seviniblər.

Millimizin heyətində Tərlan Əhmədovla Mahmud Qurbanov dubl edibsə, Alim Qurbanov, Zaur Ramazanov, Xəyal Mustafayev və Hüseyn Məhəmmədov hərəyə bir dəfə fərqlənib.

"Ay-ulduzlular"ın qollarına isə Tayfun Sülün, Ali Palabıyık (hərəyə 2 top), Mehmet Yiğit və Recep Çalak imza atıb.