Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
13.04.2026 - 12:29
Azərbaycanın parakamandan oxatma millisi Zaqatalada təlim-məşq toplanışına başlayıb.
Apasport.az xəbər verir ki, hazırlıq prosesi Zaqatala Olimpiya İdman Kompleksində təşkil olunub.
Aprelin 22-dək davam edəcək toplanışa ümumilikdə 7 idmançı qatılıb.
Baş məşqçi İlqar Abbasovun rəhbərliyi altında təşkil olunan hazırlıqlara kişi paralimpiyaçılardan Əli Nəbiyev, Şahin Cabbarov, Məhəmmədəli Cabbarlı, Qalib Əliyev, İsmayıl Allahverdiyev və Nurlan Babacanov, qadınlardan isə Rəqsanə Hümbətzadə cəlb olunublar.
- “Azərbaycan Qolf Federasiyası” İctimai Birliyinin yığıncağı keçirilib
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
0
0