Azərbaycan millisinin üzvü komandasını tərk edir - ÖZƏL
25.07.2025 - 14:50
Azərbaycan millisinin üzvü Emil Mustafayev yeni mövsümə fərqli komandada başlayacaq.
Apasport.az saytına verilən məlumata görə, 23 yaşlı yarımmüdafiəçi "Polesye"ni tərk edəcək.
Yığma komandamızın futbolçusu klubda oynamaq şansı qazana bilmədiyi üçün orada qalmaq istəmir.
Mustafayev hazırda məxsus olduğu "Polesye"dən ayrılacağını qətiləşdirib. Onun Ukrayna klubu ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Emilin Avropa klublarından da təklifləri var. Yaxın günlərdə futbolçunun yeni komandasının adına aydınlıq gələcək.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ
1
0