Azərbaycanın voleybol hakimi beynəlxalq oyuna təyinat alıb
22.01.2025 - 17:01
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Fuad Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, o, qadınlar arasında CEV kubokunun pley-off mərhələsində Türkiyənin “Türk Hava Yolları” və Belçikanın “Asteriks” klublarının görüşündə ikinci hakim olacaq.
Qeyd edək ki, qarşılaşma yanvarın 23-də baş tutacaq.
0
0