Azərbaycanlı hakim-inspektor UEFA-dan təyinat alıb
29.03.2026 - 14:19
Azərbaycanlı hakim-inspektor UEFA-dan təyinat alıb

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb.

Apasport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 31-də keçiriləcək Rumıniya – San Marino görüşünün hakim-inspektoru olacaq.

Qeyd edək ki, A qrupunun qarşılaşması Tırqovişte şəhərində yerləşən "Eugen Popesku" stadionunda baş tutacaq.