Azərbaycan Velosiped İdmanı Federasiyasının məşqçisi Elgün Əlizadə İsveçrənin Eqle şəhərində keçirilən “UCI Level 2” məşqçilik kursunu uğurla başa vurub.
Apasport.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun dəstəyi ilə təşkil olunan kurs çərçivəsində Elgün Əlizadə beynəlxalq səviyyədə nəzəri və praktiki biliklərini artıraraq mühüm təcrübə qazanıb. O, proqramı uğurla tamamlayaraq müvafiq sertifikatla təltif olunub.
Qeyd edək ki, kurs müddətində məşqçi fiziologiya, psixologiya, qidalanma və performans analizi kimi mühüm sahələr üzrə dərslərdə iştirak edib. Bununla yanaşı, mexaniki biliklərini də təkmilləşdirərək velosipedlərin texniki baxışı üzrə bacarıqlarını artırıb.
Bu proqram Elgün Əlizadənin peşəkar inkişafına mühüm töhfə verməklə yanaşı, Azərbaycan velosiped idmanının gələcək inkişafı baxımından da böyük əhəmiyyət daşıyır. Onun beynəlxalq səviyyədə qazandığı bilik və bacarıqlar yeni nəsil idmançıların yetişdirilməsində və ölkəmizin beynəlxalq idman arenasında daha güclü təmsil olunmasında mühüm rol oynayacaq.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib