Babək Quliyev Türkiyə millisinin oyununa təyinat alıb
10.11.2025 - 21:26
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 14-də keçiriləcək Türkiyə – Ukrayna görüşünün hakim-inspektoru olacaq.
H qrupunun qarşılaşması İstanbul şəhərində yerləşən “Kasımpaşa Recep Tayyip Erdoğan” stadionunda baş tutacaq.
0
0