Bakı təmsilçisində yeni müqavilə
29.07.2025 - 10:55
Bakı təmsilçisində yeni müqavilə

I Liqa təmsilçisi "Baku Sporting" yeni mövsümə hazırlıqlarını davam etdirir.

Apasport.az xəbər verir ki, klub Elvin Vəliyevlə bağlı qərarını verib.

Tərəflər yeni müqavilə imzalayıblar. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Yarımmüdafiəçi ilə sözləşmə 1 il müddətinə nəzərdə tutulub.