“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı bu gün başlayır.
Apasport.az xəbər verir ki, turnir beş mərhələdən ibarət olacaq.
İlk mərhələ “Sea Breeze”dən start götürəcək və Sumqayıtda başa çatacaq.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparacaq. Beş mərhələdən ibarət olan yarışın ümumi mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışı
10 may
1-ci mərhələ: “Sea Breeze”dən start götürməklə Bakı şəhərinin görməli yerlərindən keçərək Sumqayıtda finiş (158,7 kilometr)
11 may
2-ci mərhələ: Bakı – Şamaxı – İsmayıllı (193,2 kilometr)
12 may
3-cü mərhələ: Qəbələ – Oğuz – Şəki – Mingəçevir (163,3 kilometr)
13 may
4-cü mərhələ: Gəncə – Göygöl – Goranboy – Suqovuşan – Talış – Naftalan (152,7 kilometr)
14 may
5-ci mərhələ: Tərtər – Ağdam – Füzuli – Şuşa – Xankəndi (181,3 kilometr)
- Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışı starta hazırdır
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb