Azərbaycanda start verilən “Bakı-Xankəndi” veloyürüşünün üçüncü mərhələsi başa çatıb.
Apasport.az saytının turnirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu raundda idmançılar Qəbələdən start götürməklə Mingəçevirə qədər 162,9 km məsafə qət ediblər.
Mərhələnin qalibi Qazaxıstanın “Astana” komandasını təmsil edən rusiyalı Qleb Suritsa olub.
Belçikalı Dyupon Timoti ("Tarteletto-İsorex") ikinci, ekvadorlu Pita Kristian David ("Roojai İnsurance Winspace") üçüncü yeri tutub.
Qeyd edək ki, ilk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Ötən gün isə "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov ikinci mərhələnin qalibi olub.
- Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçiriləcək
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunun II mərhələsi keçiriləcək
- “Masters” velosipedçilər ilk dəfə Azərbaycan çempionatında yarışacaq
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib