Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının Heydər Əliyevin anadan olmasının 100 İlliyi münasibətilə təşkil etdiyi I Super Liqa Oyunları çərçivəsində Minifutbol Çempionatı baş tutub. Super Liqada oynamaq üçün Assosiasiyaya üzv 8 özəl məktəb vəsiqə qazanıb.
Azərbaycan Özəl Təhsil Müəssisələri Assosiasiyasının sədri Heydər Eminli bildirib ki, Super Liqa Oyunlarının təşkilində məqsəd şagirdlərdə idmana və futbola həvəsi artırmaqla yanaşı, onlara komanda işi, sağlam rəqabət və nizam-intizam kimi dəyərlərin aşılanmasıdır.
Minifutbol Çempionatının qalibi Evrika Liseyinin komandası, 2-ci yerin qalibi Hədəf Liseyinin komandası, 3-cü yerin qalibi isə Zirvə Liseyinin komandası olub.
Oyunun sonunda Çempionatın qalib komandaları medallar, sertifikatlar, hədiyyələrlə təltif olunublar. Çempionatın qalibi Evrika Liseyi komandası isə Super Liqanın kubokunu qazanıb.
Qeyd edək ki, Super Liqada Bakıda Britaniya Məktəbi (BSB), XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, Müasir İnnovasiyalar Liseyi, Evrika Liseyi, Landau School, Hədəf Liseyi, Bakı İstanbul Liseyi və Zirvə Liseyi iştirak edib.