Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə “Crocus Fitness Sea Breeze International Padel Cup” seriyasında ikinci turnirə yekun vurulub.
Apasport.az xəbər verir ki, Padel tennis üzrə beynəlxalq yarışın mükafatlandırma mərasimi keçirilib.
İtaliyadan olan Rikkardo Sinikropi və Culio Qraziotti cütü çempion olub. Onlar ispaniyalı idmançılardan Adrian Rodriqezlə Hektor Vaskesə qalib gəliblər – 6:7, 7:5 və 6:2.
Azərbaycanlı tennisçilər Tamerlan Əzizovla Yusif Rzayev isə 3-cü yer uğrunda dueldə millimizin digər üzvləri Rəsul Qocayev və Kənan Qasımova qalib gəliblər - 6:3, 6:4.
Tədbirdə Azərbaycan Tennis və Padel Federasiyasının vitse-prezidenti Mehman Qocayev turnirin əhəmiyyətini yüksək qiymətləndirib və medalçıları təbrik edib. Bildirib ki, turnirin əsas məqsədi Azərbaycanda padel idman növünün təbliğatı və beynəlxalq səviyyədə tanınmasıdır.
Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Rusiya, İtaliya, İspaniya, Sudan, Yəmən və Portuqaliya idmançıları da iştirak ediblər.
- "Formula 1" Azərbaycan Qran-prisi: Marşal olmaq üçün 35 mindən çox müraciət
- Keişa Fatimə Zəhra beynəlxalq turnirdə qızıl medal qazanıb
- Kamandan oxatma üzrə Bakı çempionatı keçiriləcək
- Üç azərbaycanlı atlet “Alufar IRONMAN 70.3 Baku” triatlon yarışının qalibi olub
- Xorvatiyalı triatlonçu: “Bu, inanılmaz emosiyadır”