Bakıda UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsi başlayıb
25.09.2025 - 15:32

AFFA-nın təşkilatçılığı ilə Bakıda UEFA-nın A kateqoriyalı məşqçi kursunun I mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, təlimlər milli assosiasiyanın Təhsil və Reabilitasiya Mərkəzində keçirilir.
Sentyabrın 27-dək davam edəcək məşğələlərə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edirlər.
Kursun ikinci mərhələsi oktyabrın 20-23-də, üçüncü modulu isə noyabrın 17-20-də baş tutacaq.
0
0