“Baku Fire” iki braziliyalı futzalçı ilə anlaşıb.
Apasport.az xəbər verir ki, bunu Futzal Federasiyasının mətbuat xidməti açıqlayıb.
Paulo Henrike Alves de Souza və Henrike Suares Qimaraeş yaya qədər karyeralarını paytaxt təmsilçisində davam etdirəcəklər.
22 yaşlı futzalçılardan Paulo hücumçu, Qimaraeş isə müdafiəçidir. P.Henrike sonuncu dəfə vətənində AABB, Henrike Suares isə "ADİ İndaiatuba" klubunda çıxış edib.
Əvəzində Amadeu komandadan ayrılıb. O, Braziliyanın “Marreko” klubuna transfer olunub.
Qeyd edək ki, "Baku Fire" 8 oyundan sonra 22 xalla Yüksək Liqanın turnir cədvəlinə başçılıq edir.
- "Neftçi" - "Zirə" matçının biletləri satışa çıxır
- “Turan Tovuz”dan “Kəpəz”lə oyun öncəsi maraqlı video - VİDEO
- II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib
- “Barselona” “Sabah”la oyun üçün Bakıya gəlib - FOTO
- “Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq